Cəmiyyət

Bakı Ağır Cinayətlər Məhkəməsində bir sıra proseslər təxirə salındı

Sharing is caring!

Bakı Ağır Cinayətlər Məhkəməsində qarlı hava şəraiti ilə əlaqədar olaraq bir çox məhkəmə prosesləri təxirə salınıb.

Bu barədə “Report”a Bakı Ağır Cinayətlər məhkəməsinin hakim-spikeri Telman Hüseynov məlumat verib.

Onun sözlərinə görə, hazırda müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq yollarda hərəkətin çətinləşməsi səbəbi ilə təqsirləndirilən şəxslərin istintaq təcridxanalarından məhkəmə prosesinə gətirilməsində, həmçinin zərərçəkmiş, şahid və digər proses iştirakçılarının məhkəməyə gəlməsində problemlər yaranıb:

“Barəsində həbs qətimkan tədbiri seçilən və istintaq təcridxanasında saxlanılan məhbusların məhkəmə prosesləri təxirə salınıb. Lakin barələrində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilən şəxslər (polis nəzarəti, ev dustaqlığı) altında olan şəxslərin prosesləri isə keçiriləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir