Cəmiyyət

Bakıda hoteldə transgenderləri döydülər

Sharing is caring!

Bakıda hotellərdən birində insident baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Badamdar qəsəbəsində yerləşən “AEF” hoteldə cinsi azlıq nümayəndəsi (transgender) olan iki gənc döyülüb.

Belə ki, hotelə dəvət edilən 2005-ci il təvəllüdlü S.A. və 2003-cü il təvəllüdlü S.Ş. görüşdükləri şəxslərin hücumuna məruz qalıb. Müxtəlif dərəcəli xəsarətlər alan şəxslər üzləşdikləri hadisə barədə polisə məlumat veriblər. Onlar daha sonra 41-ci Polis Bölməsinə gedərək şikayət ərizəsi yazıblar.

İlkin araşdırmalardan sonra cinsi azlıq nümayəndələrini döyən şəxslərin Qazaxıstan vətəndaşı, 1993-cü il təvəllüdlü N.Zakirov və Gəncə sakini, 1996-cı il təvəllüdlü A.Həbillahov olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir