İqtisadiyyat

Nazir “COP28 və Qarşıdakı Yol” sessiyasında ölkəmizin dayanıqlı enerji potensialı barədə danışıb – FOTO

Sharing is caring!


“Davos İqtisadi Forumu çərçivəsində keçirilən “COP28 və Qarşıdakı Yol” sessiyasında Azərbaycanın yaşıl enerji təchizatçısına çevrilmək məqsədilə ortamüddətli dövr üçün hədəfləri istiqamətində həyata keçirilən tədbirlər və ölkəmizin dayanıqlı enerji potensialı barədə məlumat verdik”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.

O bildirib ki, sərmayələrin yüksək keyfiyyətli ekoloji mühiti dəstəkləyən sahələrə yönəldilməsinin əhəmiyyətini vurğulayıb.

“Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində səmərəli investisiya strategiyalarını və karbon tullantılarının sıfıra endirilməsini təşviq edən tərəfdaşlıqların dəstəklənməsinin iqlim dəyişiklikləri üzrə çağırışlara verəcəyi töhfələr barədə ilkin gözləntilərimizi ifadə etdik”, – deyə nazir bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir