İdman

Azərbaycan Premyer Liqasında qış fasiləsinin oyun mənzərəsi – ARAŞDIRMA

Sharing is caring!


Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatmaq üzrədir.

“Report”un məlumatına görə, elita klubları təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşlərində qüvvələrini sınayıblar.

Komandalardan beşi fasilənin qısa olduğunu nəzərə alaraq, ölkə daxilində qalmağı məqsədəuyğun bilmişdisə, digər beş iştirakçı Türkiyənin Antalya şəhərində hazırlaşıb.

Bu müddətdə “Turan Tovuz” üç, “Kəpəz” bir sınaq matçı keçirib. Digər komandaların baş məşqçiləri isə yetirmələrini iki görüşdə yoxlayıblar.

Mövsümün ilk yarısının lideri “Qarabağ” qalib ruhunu yoxlama oyunlarında da nümayiş etdirib. Düzdür, Qurban Qurbanovun kollektivinin bir matçdakı rəqibi klubun əvəzedici komandası olub. Ancaq ağdamlılar çempionatdakı ən yaxın izləyiciləri “Zirə”ni də böyük hesabla üstələməklə Premyer Liqanın ən yaxşısı olduqlarını bir daha ortaya qoyublar.

Xal prinsipi ilə götürsək, “Qarabağ” burada da turnir cədvəlinin lideridir. Son çempionla yanaşı, “Kəpəz” də maksimum nəticə göstərib. Lakin gəncəlilər bir qarşılaşma keçiriblər. Yalnız üç komanda – “Araz-Naxçıvan”, “Neftçi” və “Turan Tovuz” – bütün matçlarında məğlub olub. Xüsusən də tovuzlular hər üç görüşdə rəqiblərinə uduzublar.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yanvarın 21-23-də keçiriləcək XIX turun oyunları ilə ikinci yarıya start veriləcək.

Klubların yoxlama görüşləri

“Turan Tovuz”: “Voluntari” (Rumıniya) – 0:2, “Şiofok” (Macarıstan) – 0:2, “Nasaf” (Özbəkistan) – 2:4

“Neftçi”: “Ərzurumspor” (Türkiyə) – 1:3, “Sportvereyn Valdhof” (Almaniya) – 0:3

“Sumqayıt”: “Hermanştadt” (Rumıniya) – 0:3, “Soqdiana” (Özbəkistan) – 3:1

“Səbail”: “Universitatya Kluj” (Rumıniya) – 0:0, “Fakel” (Rusiya) – 0:1

“Sabah”: “Rapid” (Rumıniya) – 2:1, “Vorskla” (Ukrayna) – 0:3

“Zirə”: “Araz-Naxçıvan” – 2:1, “Qarabağ” – 0:4

“Araz-Naxçıvan”: “Zirə” – 1:2, “Qəbələ” – 0:2

“Qəbələ”: “Kəpəz” – 1:2, “Araz-Naxçıvan” – 2:0

“Qarabağ”: “Qarabağ-2” – 7:2, “Zirə” – 4:0

“Kəpəz”: “Qəbələ” – 2:1

N

Klublar

O

Q

H

M

T-F

X

1

“Qarabağ”

2

2

0

0

11-2

6

2

“Qəbələ”

2

1

0

1

3-2

3

3

“Kəpəz”

1

1

0

0

2-1

3

4

“Sumqayıt

2

1

0

1

3-4

3

5

“Sabah”

2

1

0

1

2-4

3

6

“Zirə”

2

1

0

1

2-5

3

7

“Səbail”

2

0

1

1

0-1

1

8

“Araz-Naxçıvan”

2

0

0

2

1-4

0

9

“Neftçi”

2

0

0

2

1-6

0

10

“Turan Tovuz”

3

0

0

3

2-8

0

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir