Cəmiyyət

Quba-Qusar-Xaçmaz yollarında 69 avtomobilə ziyan dəyib

Sharing is caring!

Son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 (07.01.23 – 2, 08.01.23 – 5) nəqliyyat hadisəsi olub, nəticədə bir nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Xaçmazda 13 (07.01.23 – 4, 08.01.23 – 9) nəqliyyat hadisəsi olub, nəticədə bir nəfər yüngül xəsarət alıb, 26 avtomobilə zərər dəyib”.

Qubada 15 (07.01.23 – 6, 08.01.23 – 9) nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb, 27 avtomobilə zərər dəyib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir