Cəmiyyət

Bakıda mənzildə partlayış olub: Xəsarət alanlar var – FOTO/VİDEO

Sharing is caring!

Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində mənzillərdən birində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən fin tipli taxta konstruksiyalardan ibarət ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən birotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində birinci mərtəbədəki birotaqlı mənzil 35 kvadratmetr və ikinci mərtəbədə yerləşən digər birotaqlı mənzil 35 kvadratmetr sahədə yanıb, partlayış dalğasının təsirindən hər iki mənzilin divarları dağılıb və mənzillər yararsız vəziyyətə düşüb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının binada yerləşən digər mənzillərə keçməsinə imkan verilməyib. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər vətəndaş xilas olunub, iki nəfər yüngül bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir