Cəmiyyət

Azərbaycanlı mütəxəssis YASHMA adlı yeni qiymətləndirmə sistemi yaradıb – FOTO

Sharing is caring!

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neonatoloq Sərxan Elbəyiyev uşaqlarda beyin zədələnməsini öncədən təxmin edə bilən YASHMA adlı yeni qiymətləndirmə sistemini yaradıb.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu, tibb sahəsində innovativ addımdır. Belə ki, artıq yeni qiymətləndirmə sisteminin dəstəyi ilə doğuş zamanı bəzi səbəblərdən oksigensiz qalan yeni doğulmuş körpələrdə beyin zədələnməsini Maqnit Rezonans Tomoqrafiya (MRT) olmadan belə qiymətləndirmək mümkündür. Bununla uşaqlarda beyin zədələnməsinin olub-olmadığı öncədən bilinəcək.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti tərəfindən irəli sürülən yeni metod 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən hərbçilərimizin şərəfinə YASHMA adlandırılıb. Yeni qiymətləndirmə sistemi və onun işləmə prinsipi haqqında məqalə dünyaca məşhur “Oxford Academic Journal of Tropical Pediatrics” elmi jurnalında dərc olunub.

(https://academic.oup.com/tropej/article-abstract/68/6/fmac082/6749661?redirectedFrom=fulltext&login=false).

Tibdə yeni olan bu sistem aşağı gəlirli ölkələrdə beyin zədələnmələrini öncədən müəyyən etməyə, uşaqların nevroloji və beyin inkişafı baxımından daha yaxından izlənilməsi, erkən diaqnoz və müalicəsinə şərait yaradacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir