Cəmiyyət

“Infiniti”ni aşıran sürücü 110 gün sonra öldü

Sharing is caring!

Sentyabrın 17-də Qax şəhərində yol-nəqliyyat hadisəsi törədən sürücü xəstəxanada vəfat edib.

Oxu.Az-ın məlumatına görə, 1989-cu il təvəllüdlü Kamal Kamalov ötən gün Respublika Neyrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib. 

Qeyd edək ki, o, sentyabrın 17-də sərxoş halda sükanı arxasına əyləşdiyi “Infiniti” markalı avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsini aşırıb.

Avtomobilin aşması nəticəsində sərnişin Elsevər Mustafayev də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir