Cəmiyyət

Bakıda “Prius”lar toqquşdular: Xəsarət alan var – FOTO

Sharing is caring!

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə metronun “20 Yanvar” stansiyasının yaxınlığında baş verib.

Belə ki, yol kənarında dayanan sərnişin taksi fəaliyyəti ilə məşğul olan sürücüyə məxsus “Toyota Prius” markalı avtomobili saxlamasını xahiş edib.

Eyni istiqamətdə hərəkətdə olan digər eyni markalı maşının sürücüsü dayanan avtomobilə çırpılıb.

Sonuncuda olan sürücü zərbənin təsirindən xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir