Cəmiyyət

Şəmkirdə minik avtomobili aşdı: Xəsarət alan var

Sharing is caring!

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Zəyəm kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü – 1997-ci il təvəllüdlü Murad Daşdəmirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir