Cəmiyyət

Yeni ilin ilk günü hava necə olacaq?

Sharing is caring!

Yanvarın 1-i Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya Və Təbii sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq.

Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 778 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcəyədək şaxta olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir