Cəmiyyət

Rəşad Nəbiyev: “Gələn il İKT sektoruna genişmiqyaslı güzəştlər olacaq” – FOTO

Sharing is caring!

“Gələn il Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoruna genişmiqyaslı güzəştlər tətbiq ediləcək”.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Twitter” hesabında bildirib.

“Dəyişikliklər bu sahədə fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan şəxslərə vergi güzəştlərini və işçilərə məcburi sosial dövlət sığorta ödənişləri ilə bağlı güzəştləri nəzərdə tutur. Həmçinin əcnəbi mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması tələb olunmayacaq”, – deyə o əlavə edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir