Cəmiyyət

Bakıda bayram konsertləri keçiriləcək

Sharing is caring!

Bu gün Bakı şəhərində bayram konsertləri keçiriləcək.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, dekabrın 31-i saat 15:00-dan 16:00-a kimi Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyat İdarəsinin təşkilatçılığı ilə şəhərin mərkəzində üç yerdə (1 – Natəvanın heykəlinin qarşısı, 2 – Xaqani bağı və 3 – Fəvvarələr bağı) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə şəhər sakinləri və qonaqlar üçün konsert proqramları təşkil ediləcək.

Konsertdə muğam triosu, skripka triosu və cazmenlər maraqlı proqramlarını təqdim edəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir