Cəmiyyət

Vasif Talıbovun işdən çıxarılan prokuror qardaşının yerinə TƏYİNAT – FOTO

Sharing is caring!

Naxçıvan Muxtar Respublikasına yeni prokuror müavini təyin olunub.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayev vəzifəsindən azad olunaraq, Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini təyin olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən məlumat saytımıza təsdiqlənib.

Qeyd edək ki, ötən gün Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifəsindən azad olunub.

M.Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir