Cəmiyyət

Siyəzəndə top mərmisi, Bakıda qumbara başlığı tapılıb – FOTO/VİDEO

Sharing is caring!

Siyəzəndə top mərmisi, Bakıda qumbara başlığı tapılıb.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Siyəzən rayonu, Qalaşıxı kəndi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu dərhal hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd döyüş başlıqlı 73 mm-lik top mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında Bakı şəhərinin Xətai rayonu ərazisində aşkar edilən 1 ədəd “UZRQM-2” tipli əl qumbarası başlığı Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnik işləri üzrə mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir