Cəmiyyət

Narkotik qəbul edib TIR sürən şəxs həbs olundu – FOTO

Sharing is caring!

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Bu barədə Oxu.Az-a İdarədən məlumat verilib.

Belə ki, Masallı rayon sakini Raqib Ağayevin idarə etdiyi DAF markalı, 99-KE-047 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda Ekoloji Nəzarət üzrə YPXB-nin əməkdaşları tərəfindən manevr etmə qaydasını pozduğu üçün saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Ağayevin narkotik maddə qəbul etməsi müəyyən edilib.

R.Ağayevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Ağayev inzibati qaydada həbs edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir