Cəmiyyət

Bərdədə keçmiş “Qocalar evi”ndə YANĞIN – VİDEO

Sharing is caring!

Bərdədə fəaliyyət göstərməyən “Qocalar evi”nin binasında yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, Bərdə şəhəri Cəlil Məmmədquluzadə küçəsində yerləşən binada yanğının səhər saatlarında elektrik naqillərində baş verən qısaqapanmadan yarandığı ehtimal edilir.

“Qocalar evi” bir müddətdir fəaliyyətini dayandırıb, binada 3 məcburi köçkün ailəsi məskunlaşıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə Bərdə və Tərtər rayonlarından yanğınsöndürənlər cəlb ediliblər, alov tam söndürülüb.

Hadisənin baş vermə səbəbi araşdırılır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir