Cəmiyyət

Vüqar Behbudov: “Bu il 7005 nəfərə səyyar sosial xidmət göstərilib”

Sharing is caring!

“Bu il 7005 nəfərə səyyar sosial xidmət göstərilib”.

Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, 2022-ci il ərzində şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, əlilliyi olan digər şəxslər də daxil olmaqla 2863 nəfər sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib:

“Onlardan 502 nəfəri şəhid ailəsi üzvüdür. Hazırda Agentlik tərəfindən 3888 nəfəri ahıl, 480 nəfəri əlilliyi olan şəxs olmaqla ümumilikdə 4368 nəfərə sosial-məişət xidməti göstərilir”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir