Cəmiyyət

Bakıda 24 yaşlı qız itkin düşüb – FOTO

Sharing is caring!

Bakıda 24 yaşlı qız itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu Binə qəsəbəsində yaşayan Misir Həsənov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, 24.12.2022-ci il tarixində onunla birlikdə yaşayan 1998-ci il təvəllüdlü qızı Zeynurə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun əlamətləri: boyu 1,55 metr, gözlərinin və saçlarının rəngi qaradır. Evdən çıxan zaman əynində göy rəngli cins şalvar və boz rəngli köynək olub.

24 yaşlı qız haqqında məlumatı olanlardan aşağıdakı nömrələrə zəng edərək məlumat vermələri xahiş olunur:

055-215-21-20
051-841-41-41
055-252-00-71
012-590-72-03 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir