Cəmiyyət

Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilanda beş avtomat meteoroloji stansiya quraşdırılır

Sharing is caring!

“Hazırda Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında 5 avtomat meteoroloji stansiya quraşdırılır”.

Oxu.Az-ın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”na həsr olunmuş konfransda “Böyük Qayıdışın ekoloji aspektləri” mövzusunda çıxışı zamanı bildirib.

Nazir xatırladıb ki, Ermənistanla sərhəd ərazilərdə radiasiya fonunun nəzarətdə saxlanılması məqsədilə Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarında avtomat radioekoloji stansiyalar qurulub.

Onun sözlərinə görə, həmin stansiyalardan məlumatlar real vaxt rejimində bu yaxınlarda istifadəyə verilmiş müasir Situasiya Mərkəzinə ötürülərək təhlil olunur.

M.Babayev bildirib ki, Qarabağda tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurularaq modernləşdirilir: “Əsas çaylar üzərində 11 ədəd avtomat hidroloji stansiya, həmçinin Zəngilan rayonundakı “Ağıllı kənd” ərazisində avtomat aqrometeoroloji stansiya quraşdırılıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir