Cəmiyyət

Nazir şagirdlərin bişirdiyi şirniyyatın dadına baxdı – FOTO

Sharing is caring!

Elm və təhsil naziri Emin Əmrullayev Saatlıya səfəri çərçivəsində Saatlı şəhər 4 nömrəli tam orta məktəbdə olub.

Nazirlikdən verilən məlumata görə, Emin Əmrullayev məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, eyni zamanda təhsil ocağının ümumi şəraiti, dərs otaqları ilə tanış olub.

Məktəbin peşə təmayüllü siniflərində tədris prosesini izləyən elm və təhsil naziri şagirdlərin əl işlərinə baxış keçirib, onların bişirdikləri şirniyyat məhsullarının dadına baxıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir