Cəmiyyət

Bakı‐Qazax yolunda sərnişin avtobusu qəzaya düşdü – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!

Bakı‐Qazax magistralında baş verən yol-nəqliyyat hadisəsində bir nəfər xəsarət alıb. 

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə nəticəsində ölən olmayıb:

“Belə ki, “Mercedes-Benz” markalı 90-BL-403 dövlət nömrə nişanlı sərnişin avtobusu Bakı-Qazax yolunun 114-cü km-də, Bakı istiqamətində hərəkət edərkən köməkçi yoldan əsas yola çıxan 10-ZH-449 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub. 

Hadisə nəticəsində bir nəfər sərnişin yüngül xəsarət alıb. Ölüm və ağır xəsarət alan olmayıb”.

Faktla bağlı araşdırma aparılır.

17:36

Bakı‐Qazax magistralında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan məlumatda qeyd edilib.

Bildirilib ki, Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonundan keçən hissəsində sərnişin avtobusu qəzaya düşüb. 

Qəza nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Avtobus Mingəçevirdən Bakıya doğru hərəkət edirmiş.

Həmin görüntüləri təqdim edirik:

 

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir