Cəmiyyət

Mehdi Hüseynzadənin 104 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib – FOTO

Sharing is caring!

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə əfsanəvi partizanın 104 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun iştirak etdiyi tədbirdə ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların və Mehdi Hüseynzadənin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Partizanın abidəsi önünə gül dəstələri qoyulub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir iştirakçılarına qəhrəmanın şərəfli həyat yolu haqqında ətraflı məlumat verilib, onun göstərdiyi şücaətdən danışılıb. Bildirilib ki, Mehdi Hüseynzadə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb.
Sonda Mehdi Hüseynzadənin abidəsi önündə xatirə şəkli çəkdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir