Dünya

Gürcüstanda Parlament seçkilərinin vaxtı açıqlandı

Sharing is caring!

Gürcüstan Parlamentinə və Acarıstan Muxtar Respublikasının Ali Şurasına seçkilər oktyabrın 31-də keçiriləcək.

“Sputnik”in məlumatına görə, müvafiq fərman Gürcüstan Prezidenti Salome Zurabişvili tərəfindən imzalanıb.

“Bu seçkilər bizim üçün xüsusi əhəmiyyət daşıyır və demokratiyamızı bir daha təsdiqləməlidir”, –  deyə Gürcüstan prezidenti bildirib.

Bu dəfə parlament seçkiləri yeni qarışıq sistemdə keçiriləcək – proporsional sistemə görə 120, majoritar sistemə görə 30 millət vəkili seçiləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir