Kriminal

Bakıda mağaza satıcısına bıçaqla hücum edib kassadan pulları apardılar

Sharing is caring!

Bakının Xətai rayonunda yerləşən ticarət obyektinin satıcısı qarət edilib.

Bu barədə Xeberal.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Lakin cinayətkar kassadan apardığı pulları xərcləyə bilməyib.

37-ci Polis Bölməsinin əməkdaşları çox keçmədən cinayət əməlini törədən şəxsi yaxalayıblar.

Qeyd edək ki, hadisə 30 avqust tarixində,15:30 radələrində Babək prospektində baş verib.

Belə ki, kişi 52 saylı binada yerləşən mağazaya girərək 1996-cı il təvəllüdlü satıcı Nazirməmməd Əbilova bıçaqla xəsarət yetirib. Daha sonra o, kassadan 500 manatı götürərək hadisə yerindən qaçıb.

Qarətdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Bakı şəhər sakini Ruslan Abdullayev tutulub.

Faktla bağlı cinayət işi başlanıb və R.Abdullayevin digər oxşar cinayətlərdə iştirakının olub-olmaması ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir