Cəmiyyət

Kəlbəcərdə iki yük avtomobili toqquşdu: Xəsarət alan var – FOTO

Sharing is caring!

Kəlbəcərdə iki yük avtomobili toqquşub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a məlumat verib.

O bildirib ki, Kəlbəcər rayon Almalıq kəndi ərazisində iki yük avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri, Göygöl rayon Toğanalı kənd sakini V.Bayramov yüngül bədən xəsarətləri alıb. 

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir