Cəmiyyət

İki dəfə ürək əməliyyatı keçirən körpə Ümüdün atası: “Həkimə aparmağa imkanımız yoxdur” – FOTO

Sharing is caring!

İki yaşlı Ümüdün sizin köməyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası İbadov Xaliq məlumat verib.

O bildirib ki, övladı iki dəfə açıq ürək əməliyyatı keçirib:

“Ümüd iki dəfə ürək əməliyyatı keçirib. Birinci əməliyyatı 5 aylıq olanda, ikinci isə 10 aylıq olanda baş tutub. Hazırda əməliyyat yerləri irinləyib. Həkimə aparıb müayinə etdirməyə imkanımız yoxdur. Özümüz Ağdamda yaşayırıq. Övladımın gözündə də çəplik yaranıb, əsəblərinə görə müalicə almalıdır. Bütün bunlara görə 600 manata yaxın pul tələb olunur. İmkanlı şəxslərdən bizə yardım göstərmələrini xahiş edirik”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaş İbadlı Ümüd Xaliq oğlu ilə bağlı məlumat araşdırılıb. Valideyin övladının bir il öncə  iki dəfə açıq ürək əməliyyatı keçirdiyini bildirdirərək hazırda yara yerinin infeksiyalaşması ilə bağlı köməklik olunmasını xahiş edib. Bununla yanaşı, övladının nevropatoloq tərəfindən müayinə olunmasını istəyib. Vətəndaşın icbari tibbi sığota çərçivəsində tibbi xidmətlərdən yararlanması Ağdam Rayon Mərkəzi Xəstəxanası yönləndirildi.

Ailə ilə əlaqə üçün: 050 600 16 30

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir