Dünya

“Kocaelispor” Şeydayevdən sonra Emreli və Mahmudovu transfer edəcək?

Sharing is caring!


“Mediada çox futbolçunun adı klubumuzla yanaşı hallana bilər, amma bunların heç biri həqiqət deyil”.

Bunu Sportinfo.az-a açıqlamasında “Kocaelispor”un prezidenti Engin Koyun deyib.

Türkiyə klubunun başqanı Mahir Emreli və Emin Mahmudov da daxil, millimizin heç bir futbolçusu ilə danışıqlar aparmadıqlarını bildirib:

“İştirak ərizəmizdə yer yoxdur. Sonuncu yeri Ramil Şeydayev üçün saxlamışdıq, onu da transfer etdik.

Mövsümü bu heyətlə başa vuracağıq. Qış fasiləsində gündəmimzə olan yeganə azərbaycanlı futbolçu elə Ramil idi.

Mənim ona böyük ümidlərim var. Düşünürəm ki, Ramil burada göstərəcəyi gözəl performansla digər azərbaycanlı futbolçuların da yolunu açacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir