Cəmiyyət

Bakıda iki nəfərin ölümünə səbəb olan “Range Rover” sürücüsü saxlanıldı

Sharing is caring!

Bakıda 2 nəfərin ölümündə təqsirləndirilən “Range Rover” sürücüsü saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb. Qanunvericiliyə uyğun olaraq təyin edilən yol-nəqliyyat ekspertizasının rəyi əsasında hadisədə təqsiri sübuta yetirilən “Range Rover” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Beytulla Babayev saxlanılıb.

Xatırladaq ki, oktyabrın 8-də Sabunçu rayonunda – Bilgəh-Nardaran yolunda “Range Rover” markalı avtomobillə KİA markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər həlak olub, bir nəfər isə ağır xəsarət alıb. 

Bildirilib ki, hadisə “Range Rover” markalı avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib, nəticədə KİA-da olan 2 gənc dünyasını dəyişib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir