Cəmiyyət

Sumqayıtda qanunsuz tikintinin qarşısı alındı – FOTO/VİDEO

Sharing is caring!

Sumqayıtda qanunsuz tikintinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində və 76-cı məhəllə ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər sökülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir