Cəmiyyət

Ulu öndər Heydər Əliyevin siyasi varisi

Sharing is caring!

Yeni dövrün yeni lideri olan Prezident, Ali Baş Komandan İlham Əliyev artıq Azərbaycan tarixinə qurucu və qalib dövlət rəhbəri kimi daxil olmuşdur. Qurucu Ulu Öndər Heydər Əliyevin siyasi varisi bu gün həyata keçirdiyi müdrik islahatlar proqramı ilə Azərbaycanın gələcək tarix salnaməsinin ən şanlı səhifələrini yazır.

          İlham Əliyevi Prezident seçməklə Azərbaycan xalqı Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Ilham “liyevin Prezidentliyinin  ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı.

       Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələr həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Ən başlıcası, Vətən müharibəsində qalib gəldik.

Prezident İlham Əliyevin dərindən ölçüb-biçərək həyata keçirdiyi çoxsaylı islahatlar, ölkəmizdə gün-gündən genişlənən böyük quruculuq və abadlıq işləri, əhalinin müxtəlif təbəqələrinin güzəranını yaxşılaşdırmaq üçün görülən təsirli tədbirlər ona xalq arasında böyük şöhrət qazandırmışdır. Xalqımız əmindir ki, ölkə rəhbərinin müdrik, qətiyyətli və milli maraqların təmin olunmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycanımızı daha parlaq gələcəyə qovuşduracaqdır.

       Əziz Prezidentimiz! Mən doğum gününüz münasibətilə Sizə ən xoş təbriklərimi çatdırmaq istərdim. Siz Azərbaycanı xalqın rifahı naminə ən yüksək bilik, siyasi bacarıq ilə idarə etmisiniz və hazırda da idarə edirsiniz. Sizə və ailənizə ən xoş arzularımı bildirirəm.

Nizami Hüseynov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Təzəkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir