Cəmiyyət

AZAL təxirə salınmış Naxçıvan reysləri ilə bağlı məlumat yaydı

Sharing is caring!

“Azərbaycan Hava Yolları” QSC dekabrın 17-də əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 255/257 və 256/258 nömrəli reyslərinin sərnişinlərinə müraciət edib.

Müraciətdə planlaşdırılan uçuşa qeydiyyatdan keçmək üçün sərnişinlərin bu gün, dekabrın 20-də hava limanına öncədən yaxınlaşması xahiş olunur.

Bakıdan bütün uçuşlar saat 14:20, 15:00 və 17:10-da həyata keçiriləcək.

Naxçıvandan uçuşlar saat 16:40, 17:20 və 19:30-da yerinə yetiriləcək.

AZAL digər təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edib. Onların cədvəlinin tezliklə dərc olunacağı bildirilib.

Bununla yanaşı, xüsusilə qeyd edilib ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir