Cəmiyyət

Narkotik istifadəçilərinin 92,8 faizi zərərli vərdişlərə tütün məmulatları ilə başlayıb – FOTO

Sharing is caring!

“Respublika Narkoloji Mərkəzində müalicə alan narkotik istifadəçilərinin 92,8 faizi zərərli vərdişlərə tütün məmulatları, 33,3 faizi isə həm də spirtli içki ilə başladığını deyib”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli “Narkotik və steroidlərlə mübarizə” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, sorğuda iştirak edənlərin 12 faizi narkotik vasitəni ilk dəfə 15-20 yaş aralığında istifadə etdiyini bildirib. Narkotik istifadəsinə səbəb kimi rəyi soruşulanların 21,5 faizi ailədaxili münaqişəni, 17,9 faizi psixoloji travmanı, 10,3 faizi xroniki narahatlıq, depressiv vəziyyətləri, 8,2 faizi işlə bağlı ağır stresi, 4,6 faiz alkoqolizmi göstərib.

İştirakçıların 51,3 faizi onları narkomaniyaya dost və yoldaşlarının cəlb etdiklərini deyib. 13,8 faizi tanımadıqları şəxslər tərəfindən, 13,3 faizi qonşu tərəfindən, 8,2 faizi qohumları tərəfindən, 6,7 faizi həmkarları tərəfindən narkotik vasitəyə qurşandığını deyib.

Sorğu iştirakçılarının 34,4 faizi zövq almaq üçün, 24,1 faizi ağrıkəsici kimi, 15,9 faizi reallıqdan qaçmaq üçün, 12,8 faizi asılılıq səbəbindən, 6,2 faizi başqa səbəbdən, 1,5 faizi yaradıcılığı stimullaşdırmaq, 0,5 faizi qəmi azaltmaq üçün narkotik maddə istifadə etdiyini deyib.

Sorğuda iştirak edənlərin 70,3 faizi eyni anda bir neçə narkotik vasitədən istifadə edib. 26,2 faizi yalnız bir narkotik vasitədən istifadə etdiyini deyib.

Sorğu iştirakçılarının 53,3 faizi narkotiki çətinliklə də olsa, öz iradələri ilə ata biləcəklərini düşündüklərini, 25,1 faizi asanlıqla dayandıra biləcəyini, 18,5 faizi narkotik istifadəsini dayandıra bilməyəcəyini deyib”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir