Cəmiyyət

Azərbaycanda daha 107 nəfər COVID-19-a yoluxub – FOTO

Sharing is caring!

Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 107 yeni yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 825 527 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 944 nəfər müalicə olunaraq sağalıb, 9 997 nəfər vəfat edib, aktiv xəstə sayı 586 nəfərdir.

Ölkədə son sutka ərzində 2 253, hazırkı dövrədək isə 7 410 224 test aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir