Cəmiyyət

Bakıda şirniyyat mağazasında iyrənc mənzərə: Vitrində siçovul gəzir – YENİLƏNİB + VİDEO

Sharing is caring!

Bakıda şirniyyat mağazasındakı antisanitariya faktı ilə artıq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məşğul olur.

Bu barədə qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

“Məlum hadisə sosial şəbəkədə paylaşılıb. Fakt Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb. Hazırda araşdırmalar həyata keçirilir. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.

12:46

Bakıda şirniyyat mağazasında siçovul aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, paytaxtda un məmulatları satılan mağazanın vitrinində məhsullar üzərində siçovulun olması müşahidə edilib. Görüntülər kəskin narazılığa səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

 

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir