Cəmiyyət

Bakıda ötür-ötür oyunu davam edir: “İçərisində yaşadığımız halda evimizi uçururlar” – FOTO

Sharing is caring!

Bakı şəhəri Sabunçu rayonunda evlərin söküntüsü, içərisində yaşayış olmasına rəğmən, davam edir.

Bu məsələ ilə bağlı Oxu.Az-a vətəndaşlar şikayət ediblər.

Sakinlərin sözlərinə görə, içərisində yaşadıqları halda evlərini uçururlar:

“Rayonun Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43 ünvanlarında yerləşən binaları bizə xəbərdarlıq etmədən uçururlar. Heç bir sənəd təqdim etmədən söküntüyə başlayıblar. İçərisində sakin yaşadığı halda ev necə sökülə bilər? Şikayətlərimizə baxan yoxdur. Hər kəs susur”.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı rayonun icra hakimiyyəti ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, sakinlərin əksəriyyəti köçürülüb:

“Rayonun Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43 ünvanları kəskin qəzalı binalardır. 2015-ci ildə FHN tərəfindən yararsız olduğuna dair akt verilib. Dövlət tərəfindən kompensasiya ayrılıb. Kompensaiya əsasında vətəndaşlar köçürülürlər.

Hazırda beş-altı sakin qalıb. Onlar da şirkəti gözləyirlər. Yəqin ki, ayın axırına qədər tikinti şirkəti gələcək. Onlarla müqavilə bağlayıb, köçürəcəklər. Kompensasiyanın nə qədər olacağını deyə bilmərik. Bizim səlahiyyətimizdə deyil”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir