Cəmiyyət

Paytaxtda iki avtomobil toqquşub

Sharing is caring!

Bakının Nizami rayonda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə “Xalqlar dostluğu” metro stansiyası yaxınlığında baş verib.

KIA və “Toyota Prius” markalı minik avtomobilləri toqquşub.

Əraziyə polis əməkdaşları cəlb edilib. “Toyota Prius” markalı avtomobil cərimə meydançasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir