Cəmiyyət

Piylənmə uşaqların cinsi inkişafına hansı təsirlər göstərir? – AÇIQLAMA

Sharing is caring!

“Qızlarda normal olaraq 8 yaş, oğlanlarda isə 9 yaşdan sonra cinsi inkişaf mərhələləri müşahidə edilir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloq Azad Əkbərzadə Nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda uşaqlardakı artıq çəki ilə bağlı problemlərdən danışarkən deyib.

Həkimin sözlərinə görə, uşaqlarda piylənmə olanda beyin siqnalı yanlış qəbul edir və onu böyük zənn edir:

“Beləliklə beyin çəkiyə uyğun cinsi inkişafı başlatmış olur. Qoltuqaltı qoxu və tüklənmə problemləri də buna aiddir. Yəni qız və oğlanlarda müvafiq olaraq 8-9 yaşlardan tez qoltuqaltı qoxular ola bilir. Bu da o deməkdir ki, hormonları buraxan böyrəküstü vəz vaxtından tez özünü büruzə verir. Buna dərhal müalicə yazılmır, lakin həkim məsləhətinə və konsultasiyaya ehtiyac ola bilər. Həkim məsləhəti almaqda fayda var”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir