Cəmiyyət

Üzərinə qaynar su tökülən beş yaşlı Ayxanın anası: “Bakıya gəlməyə yolpulumuz belə yoxdur” – FOTO

Sharing is caring!

2017-ci il təvəllüdlü Məmmədov Ayxan Elnur oğlu ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun anası Məmmədova Lalə məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, oğlunun üzərinə qaynar su dolu çaydan aşıb:

“Ayxan biri omba, biri ayaq nahiyəsindən olmaqla iki dəfə dəriköçürmə əməliyyatı olunub. Ayağındakı dəri tutsa da, ombasındakı dəri tutmur. Buna görə də Ayxanın yenidən əməliyyata ehtiyacı var. Əməliyyat üçün 2000 manat lazımdır. Biz İmişlidə yaşayırıq. İnanın ki, heç Bakıya gəlməyə yolpulumuz da yoxdur. Balam ağrılarına görə çox əziyyət çəkir”.

Ailə maddi vəziyyəti zəif olduğundan bu çətin günlərdən çıxa bilmək üçün imkanlı şəxslərdən onlara dəstək olmalarını xahiş edir.

Əlaqə nömrəsi: 055 267 08 71 (ana – Məmmədova Lalə)

Qeyd edək ki, ailə könüllü olaraq İcbari Tibbi Sığortanın Xidmətlər Zərfindən imtina edib. Onlar övladlarının özəl xəstəxanaların birində əməliyyat olunmasını istəyirlər. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir