Cəmiyyət

12 yaşlı Şəhanənin anası: “Şəhanəni müalicə etdirmək üçün imkanımız yoxdur” – FOTO

Sharing is caring!

Kəskin leykozdan əziyyət çəkən 12 yaşlı Bəşirova Şəhanənin müalicəsini davam etdirmək üçün maddi dəstəyə ehtiyacı var.

Bu barədə onun anası Elyanə Bəşirova Oxu.Az-a bildirib. 

O qeyd edib ki, övladı üç ildir bu xəstəlikdən əziyyət çəkir:

“Şəhanə üç ildir leykozdan əziyyət çəkir. 2019-cu ildə sağalsa da, xəstəlik heç 5 ay keçmədən yenidən daha ağır formada qayıtdı. Hazırda Şəhanəni müalicə etdirmək üçün imkanımız yoxdur. Qızıma baxdığım üçün işləyə bilmirəm, atası isə maddi heç bir kömək etmir, başqa gəlir yerimiz də yoxdur. Şəhanənin hazırda müalicəsi üçün 5000 manat pula ehtiyacımız var. Hər kəsdən mənə, balama dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: 051 446 90 88

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir