Xarici siyasət

Azərbaycan və Latviya XİN başçıları Qarabağı müzakirə etdi

Sharing is caring!

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Latviya Respublikasının Xarici İşlər naziri Edqars Rinkeviç ilə telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan son vəziyyət, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin, ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərdən bəhs edib və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eyni zamanda, telefon danışığı zamanı Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramında iştirakla bağlı məsələlər nəzərdən keçirilib.

Tərəflər habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir