Cəmiyyət

Kürdəmirdə 43 yaşlı qadın xəstəxanada ölüb

Sharing is caring!

Kürdəmirdə 43 yaşlı qadın xəstəxanada ölüb.

Bu barədə Kürdəmir Rayon Prokurorluğu məlumat yayıb.

Belə ki, dekabrın 11-i saat 21 radələrində Kürdəmir rayonu, Yenikənd kənd sakini 1979-cu il təvəllüdlü Saray Eminovanın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı müəyyən edilib ki, Saray Eminova dekabrın 10-da “uşaqlığın leomioması, qanaxma ilə anemiya” diaqnozu ilə xəstəxanaya daxil olub, həmin gün saat 12:00-da isə əməliyyat olunub. Göstərilən tibbi yardıma baxmayaraq, S.Eminova vəfat edib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir