Cəmiyyət

Bakıda sabiq prokuroru avtomobil vurub

Sharing is caring!

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Ağayev Rövşən Həsən oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildirirlər.

Qeyd edək ki, xəsarət alan R.Ağayev Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsində prokuror vəzifəsində çalışıb. O, 2020-ci ildə təqaüdə göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir