Cəmiyyət

Kürdəmirdə ağır qəza: Ölənlər və yaralananlar var – FOTO

Sharing is caring!

Kürdəmir rayonunun Qarasaqqal kəndində ağır avtomobil qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Yenikənd kənd sakini 1993-cü il təvəllüdlü Qubadov Abdulla Təvəkkül oğlu KİA markalı avtomobillə kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. 

Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Sürücü hadisə yerində ölüb. Avtomobildə olan 3 sərnişin – rayonun Xırdapay kənd sakinləri 1988-ci il təvəllüdlü Daşdıyev Ramal Durhəsən oğlu, 1992-ci il təvəllüdlü Manafov Mayıl Habil oğlu və Atakişili kənd sakini 1992-ci il təvəllüdlü Nəbiyev Elmin Fərhad oğlu təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, sərnişinlərdən biri – 34 yaşlı Daşdıyev Ramal Durhəsən oğlu xəstəxanada dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir