Cəmiyyət

İmişli rayon sakinindən silah və narkotik aşkarlanıb

Sharing is caring!

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon sakini, 61 yaşlı Tahir Bəşirov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Həmin şəxsdən kibrit qutularında və kağız bükümlərdə qablaşdırılmış, ümumi çəkisi 30 qram olan marixuana, bir ədəd revolver tipli tapança və 37 ədəd patron aşkarlanıb.

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir