Cəmiyyət

Uca dağlara həyat gəlir

Sharing is caring!

         Kəlbəcər 1993-cü ilin aprel ayının 2-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Prezident İlham Əliyev dəfələrlə qeyd  edib ki, müqəddəs torpaqlarımızın bir hissəsi olan Kəlbəcərin  azad edilməsi Azərbaycan Ordusunun zəfər yolunda mühüm vəsilədir.

        Doğrudur, Kəlbəcər bizə döyüşsüz təslim olundu,ammabuna qədər Ermənistan ordusu dərin mənəvi-psixoloji sarsıntı içində idi. Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Mənasız əməliyyatlar səbəbindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilirdi. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi. Düşmən tərəfindən yayılan dezinformasiyalar rəsmi İrəvanı və Ermənistan ordusunu daha çətin vəziyyətə salırdı. Düşmən müharibənin ilk günlərindən başa düşməyə başladı ki, onların bütün təbliğatı, bütün yalanları, sadəcə olaraq, uydurmadır. Onlar orada artıq götürdüyümüz şəhər və kəndlərimizi döyüş gedən kənd və şəhərlər kimi təqdim edirdilər. Ancaq real həyatda, real döyüşlərdə artıq hər kəs hər şeyi görürdü.      Düşmənin təbliğatı taktiki geriləmə haqqında gecə-gündüz yalan informasiyalar yayırdı, bu haqda cəfəng məlumatlar ötürürdü.

        İndi hamıya gün kimi aydındır ki, ölkənin durmadan artan maliyyə imkanları hesabına layihələr uğurla həyata keçirilir ki, bu layihələr də təkcə Azərbaycanın deyil, bötüvlükdə regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə şərait yaradır. 

        Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilmişdir. İşğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Cari ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub. Beləliklə Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Daha sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq olub, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edilib. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyulub. Bütünlükdə bunlar vətəndaşlarımızı olduqca sevindirir və yeni uğurlara ruhlandırır. İnanırıq ki, Prezidentimizin atdığı addımlar, xalqımızın səyləri sayəsində bu vəzifələr bütünlüklə həyata keçiriləcəkdir.

Sənubər Manafova,

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası

Publik Hüquqi Şəxsin direktor müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir