Siyasət

TDT-nin Bəyannaməsi: Təhdidlərə qarşı birgə fəaliyyət mexanizmi – ŞƏRH

Sharing is caring!

Türk Dövlətləri Təşkilatı (TDT) rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı sahələrində üzv dövlətlər arasında əməkdaşlığı gücləndirəcək.

Bu barədə TDT-nin IX Zirvə Görüşünün yekunlarına dair imzalanan Səmərqənd Bəyannaməsində bildirilir.

Bəyannamənin mətnini TDT-nin təhlükəsizlik mühitinə verəcəyi töhfələr kontekstində dəyərləndirmək lazımdır.

Bununla yanaşı, iqtisadi, mədəni, elm və təhsil, media sahələrində inteqrasiyaların stimullaşdırılması da Bəyannamədə yer alıb.

Bundan sonra üzv dövlətlərin aidiyyəti qurumları yuxarıda sadalanan sahələrdə koordinasiyanı gücləndirmək üçün əsasən ictimai diplomatiya, kommunikasiya və media sahələrində bir-biri ilə əməkdaşlıq edəcəklər.

Eləcə də beynəlxalq sferada dezinformasiya ilə uğurla mübarizə aparmaq və geniş ictimaiyyəti dəqiq məlumatlandırmaq məqsədilə əməkdaşlıq üçün yeni imkanlar yaradılacaq.

Bəyannamədə yeni yaradılmış xüsusi işçi qrupu vasitəsilə TDT çərçivəsində “e-imza” pilot layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

İctimai xidmətlərin transformasiyası üzrə əməkdaşlığın davam etdirilməsi, e-xidmətlər üçün rəqəmsal platformaların yaradılması ilə bağlı üzv dövlətlərin IT üzrə məsul nazirlikləri birgə işləyəcəklər.

Rəqəmsal İpək Yolunun təkmilləşdirilməsi işinə də töhfələr veriləcək.

Sənəddə üzv dövlətlər arasında əməkdaşlığı genişləndirəcək Rəqəmsal İpək Yolu çərçivəsində Trans-Xəzər fiberoptik infrastrukturun, sözügedən layihənin həyata keçirilməsində IT infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Mədəniyyət sahəsinə gəlincə, Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyası turizm paytaxtı” elan edilməsi yüksək qiymətləndirilir.

Sənəddə, habelə Türkiyə Respublikasının Bursa şəhərinin 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi alqışlanıb.

Şəhərdə təşkil olunan fəaliyyətlərdən məmnunluq bildirilib, eləcə də Şuşanın “2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi yüksək qiymətləndirilib, TMİF tərəfindən 2022-ci ildə Bursada və 2023-cü ildə TÜRKSOY tərəfindən Şuşada təşkil olunacaq Mədəniyyət Günləri daxil olmaqla, fəaliyyətlərə dəstək ifadə edilib.

Bəyannamədə “Türk Dünyasına Baxış – 2040” sənədinin həyata keçirilməsi üçün “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”nın təsdiqlənməsi də mühüm addımdır.

TDT ticarətin asanlaşdırılması strategiyası haqqında və Səmərqənd şəhərinin Türk sivilizasiyası paytaxtı elan olunması haqqında qərarlar qəbul edilib.

Bütün bunlar TDT üzvlərinin bir-birilə bütün sahələr üzrə inteqrasiyasını gücləndirəcək. Həmin amil təhdidlərə qarşı birgə fəaliyyət mexanizmini formalaşdıracaq.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir