Cəmiyyət

Bakıda şadlıq sarayında bədbəxt hadisə baş verib

Sharing is caring!

Bakının Nizami rayonunda yerləşən şadlıq saraylarının birində bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, sərxoş olan 1987-ci il təvəllüdlü Umudov Bəhruz Rasim oğlu şadlıq sarayının 3-cü mərtəbəsinin eyvanında məhəccərə söykənib. Məhəccər qırılıb və nəticədə B.Umudov yerə yıxılıb.

Ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və kəllə sümüyünün sınığı diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir