Cəmiyyət

94 yaşlı binanın sakinləri təhlükə ilə üz-üzə: Qəzalı bina niyə sökülmür? – VİDEO

Sharing is caring!

Xətai rayonu Zığ yolu 27 ünvanında yerləşən binanın 94 yaşı var.

1928-ci ildə tikilən taxta bina hazırda tam yararsız vəziyyətdədir. Orada yaşayan sakinlər, hər an təhlükə ilə üz-üzədirlər.

Sakinlərin sözünə görə, binanın söküləcəyi aidiyyəti qurumlar tərəfindən deyilsə də, hələ bu barədə bir iş aparılmır.

Mövzu ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən qeyd edilib ki, rayonda qəzalı binaların sayı çoxdur və onlar barədə məlumatlar toplanılaraq müvafiq qurumlara bildirilib:

“Göstəriş gəldiyi halda bina ilə bağlı tədbir görüləcək”.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir