Cəmiyyət

Əsgər Ailələrinə Dəstək ictimai birliyi görüş keçirdi

Sharing is caring!

“Şəhid ailələri və qazilərin hüquqlarının qorunması ilə bağlı görüşlərin  təşkili: TV -nın və Web-saytın  yaradılması” layihəsi Əsgər Ailələrinə Dəstək ictimai birliyi tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirilir.İctimai birlik layihə çərçivəsində artıq şəhid ailələri,qazilər, müharibə veteranları,hələ də öz yuradlarına dönə bilməyən Binəqədi rayonu ETK-2-də məskunlaşan Xocalı və  laçinlılarla görüş keçirdi. 

Hər tədbirdə olduğu kimi şəhidlərimiz anıldı. Daha sonra ictimai birlik sədri Mətanət Əsgərqızı icraq olunan layihə və görülən işlərdən məlumat verərək qeyd etdi ki, könüllü hüquqşunasımız sizin bütün məsələlərin  həllinə kömək etməyə hazırdır. 

Layihənin imkanından istifadə edib digər görüşlərdə qaldırılan məsələləri də kompleksləşdirərək aidiyyəti qurumlara müraciətlər olunacaq. 

Görüş iştirakçılarından Vəsilə Məmmədova,Zənurə Səlimova, Elnarə Abbasova,Çiçək Mehbalıyeva,Xəqani Mehbalıyev,Kəmalə Ağayeva, Məfkurə Əliyeva, Nazim Mehbalıyev,Günel Nağıyeva mənzil, məktəb, iş və s. məsələlər qaldırdılar. 

Daha sonra çay süfrəsi açılaraq tədbir davam etdirildi. Tədbirdə xatirə olaraq foto-video çəkildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir